GUAM-ın iclası keçiriləcək, İsraillə əməkdaşlıq müzakirə olunacaq

12-11-2021, 11:45

GUAM-ın iclası keçiriləcək, İsraillə əməkdaşlıq müzakirə olunacaq

Noyabrın 23-də GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası keçiriləcək.

Ordum.az xəbər verir ki, pandemiya səbəbindən Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası onlayn şəkildə keçiriləcək.

İclasda GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, malların mənşəyinin müəyyənləşdirilməsi barədə protokolun imzalanması, GUAM-ın İsraillə əməkdaşlığı məsələləri müzakirə olunacaq.

Tədbirdə həmçinin GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması, nəqliyyat dəhlizi layihələri müzakirə ediləcək.

Onlayn iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.




Facebook'da Paylaş