Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək

5-10-2020, 10:04

Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Türkiyə Prezidentinin Administrasiyasının yaydığı məlumatda qeyd olunub ki, iclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq: “Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir. İclasda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə ediləcək”.




Facebook'da Paylaş