Yadlaşmayan yaddaş

Dünən, 22:25

Yadlaşmayan yaddaş

Yadlaşmayan yaddaş

Qərbi Azərbaycan İcmasının inzibati binasında şəhidlər anılıldı. Zəfər günü ərəfəsində anım törənini Qafan rayonunun Gığı Kənd İcmasının Qadınlar Şurası keçirdi. Tədbir zamanı şəhidlərimiz ehtiramla anıldı. Gığı kəndinin sakinləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ölkə tarixinin ən mühüm və qəhrəmanlıq səhifələrində silinməz izlər buraxan Gığı şəhidlərinin, qazilərin qəhrəmanlıq salnamələri dilə gətirildi. I Qarabağ döyüşlərində, 44günlük Vətən Müharibəsi zamanı xüsusi şücaət göstərmiş Gığı kəndinin şəhidləri haqqında ətraflı məlumatlar verildi. İgid oğulları tanııyanlar xatirələrini bölüşdülər.

Keçirilən tədbirin əsas mahiyyəti Yaddaşdır. El-obamıza bağlılıq, qəhrəmanlarımızın qısa, lakin şərəfli ömrünü yada salıb fəxr hissi yaşamaq, biz gənclərə qədim diyarımız Zəngəzurun unudulmadığını, şəhidlərimizim hər daim yaddaşlarımıza həkk olunduğunu bildirməkdir. Yaddaş xalqın tarixini yaşadan ən güclü mənəvi sütunlardan biridir. Şəhidlərin xatirəsini yaşatmaq onların ailələrini, əzizlərini, adlarını yalnız müəyyən tarixlərdə xatırlamaqla məhdudlaşmır. Belə anım günlərinin keçirilməsi şəhidlərimizin uğrunda mübarizə apardıqları dəyərləri qorumaq, Vətənə məsuliyyət hissini gələcək nəsillərə aşılamaq və Azərbaycanın müasir tarixini obyektiv şəkildə öyrənmək deməkdir. Belə maarifləndirici tədbirlərin keçirilməyi yüksək səviyyədə qiymətləndirilir və xüsusi fərəh hissi duyurur.

Çıxış edən icma üzvləri, şəhid anaları, bacıları tədbirin təşkilatçılarına, şəhidlərin xatirəsini əziz tutanlara minnətdarlıqlarını bildirdilər. Gığı icmasının tanınmış ziyalıları şəhid analarına Qızılgüllər hədiyyə etməklə könüllərini oxşadılar. Sonda xatirə şəkli çəkdirildi.
Beləcə yaddaşımızdan heç vaxt silinməyəcək bir gün yaşadıq. Videoçarxlarda nümayiş olunan şəhidlərimizi ürəyimizə, adlarını yaddaşımıza, Vətən sevgilərini ruhumuza köçürdük.
Səbinə Səfərova (Aslanova)




Facebook'da Paylaş