"Günəşin Nuru" nun Zəfər sevinci

Dünən, 20:25

"Günəşin Nuru" nun Zəfər sevinci


"Günəşin Nuru" nun Zəfər sevinci
Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin komandası bu dəfə də şəhid analarını sevindirməyi bacarıb. Onlar birlikdə 9 noyabr tarixində Sumqayıt Bayraq Muzeyində "Bizə Zəfər yaraşır" adlı tədbir təşkil ediblər. Tədbirin xüsusi qonaqları isə şəhid Rüfət Mustafayevin anası Afət xanım, şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanım, şəhid Elçin Hüseynovun anası Mətanət xanım və şəhid Səmid Əliyevin anası Əsmər xanım olub.
Komandanın üzvlərindən Aylin və Ezo Feyzullayeva, Nuray İlyasova, Yağmur Qarazadə, Fərman Əzizov, Elgün Abbaszadə, Yusif İmanov, Aytac İsmayılzadə şeirləri, Elay Abbaszadə rəqsi və Kamilə Ağasıyeva isə mahnıları ilə tədbirdə fəal iştirak ediblər.
Tədbirin sonunda Günəşin Nuru komandası şəhid analarına hədiyyələrini təqdim edib və xatirə şəkilləri çəkdiriblər. Şəhid anaları isə hər zaman onların yanında olan, kitabları və tədbirləri ilə onlara dəstək olan şairə Esmira Günəşə və komandanın bütün kollektivinə təşəkkür ediblər. Gətirdikləri gül buketini Sumqayıt Bayraq Muzeyinin direktoru Günay xanıma təqdim edərək bildiriblər ki, Sumqayıt Bayraq Muzeyi dəfələrlə şəhidlərlə bağlı tədbirlərə ev sahibliyi edib və artıq bu məkan şəhid anaları üçün doğma məkandır.
















Facebook'da Paylaş