8 Noyabr - Zəfər Günü ərəfəsində Abşeronda silsilə tədbirlər keçirilib

Bu gün, 16:45

8 Noyabr - Zəfər Günü ərəfəsində Abşeronda silsilə tədbirlər keçirilib


8 Noyabr - Zəfər Günü ərəfəsində Abşeronda silsilə tədbirlər keçirilib.

8 Noyabr - Zəfər Günü ərəfəsində Abşeron rayonunda silsilə tədbirlər keçirilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə
şanlı ordomuzun şücaəti sayəsində qələbə ilə bitən Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan abşeronlu qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq,
onların şücaət və qətiyyətli mübarizəsini, vətənpərvərlik ruhunu, döyüş əzmini yaşatmaq və şəhid ailələrini daim diqqətdə saxlamaq məqsədi ilə anım günləri Zəfər bayramı öncəsi növbəti dəfə yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, şəhid
ailələri və qazilərlə birgə şəhidlərimizin qəbirüstü abidələri ziyarət edilib, onların yaşadıqları evlərə gedilərək ailələrinə baş çəkilib. Şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanları Vəliyev Elyar və Ağayev Vüqar, o cümlədən Hüseynov Rəhim, Vəliyev İlqar, Mehdiyev Rəşad, Abbasov Səxavət, Xəlilov Ruhud, İsgəndərov Anar, Əhmədov Mənsur, Turabov Rüstəm, Qulamlı Afiq, Xosrovzadə İlkin, Məmmədov Fərid, Paşayev Elsevər, Qasımov Gülverdi, İlyasov Fərid, Salmanov Azər, Ağayev Mirlətif, Hacıyev Şəhriyar, Abbasov Nemət, Feyruzlu Əlibəy, Abbasov Fərrux, Əlizadə Eltac, Tağıyev Allahverdi, Əliyev Anar, Nəbiyev Cilingir, Zülfüqarlı Zeynal, Əhmədov Bəhruz, Qasımov Baba, Həsənov Pərviz, Həşimov Fuad, Hüseynov İmaməli, Muradov Samir, Rəşidov Ziyəddin, Heydərov Qadir və Bayramov Əmrah anım günlərində, eləcə də Bədəlov Seymur, Qarazadə Nicat, Rəhimli Turalın doğum günlərində qəhrəmanlarımızın məzarları ziyarət edilib, ehtiramla anılaraq ruhlarına dualar oxunub, Abbasov Səxavətin anası Mayisə Abbasova, Qarazadə Nicatın anası Nuridə Abbasovanın və Həsənov Elşadın övladı Səid Həsənovun isə doğum günlərində təbrik edilib. Görüşlərdə Abşeron RİH başçısı A.Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, qətiyyətli rəhbərliyi ilə xalqımızın 30 illik vətən həsrətinə son qoyuldu.

Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşən minlərlə vətən oğlunun döyüş əzmi, şücaəti və qəhrəmanlığı sayəsində düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Qeyd edilib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda bərba və quruculuq işləri sürətlə və keyfiyyətlə həyata keçirilir, soydaşlarımız öz doğma yurdlarına qayıdır və Qarabağda həyat yenidən canlanmağa başlamışdır. Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Abşeron rayonun Qobu qəsəbəsində yaşayan Aprel şəhidi Heydərov Əlinin atası İntiqam Heydərovun dəfn mərasimi də keçirilib. Abşeron
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, şəhid ailələrinin və rayon ictimaiyyətinin iştirakı ilə şəhid atası Qobu qəbiristanlığında dəfn olunub.

Mərhumun ruhuna dualar oxunub. Daha sonra şəhid Əli Heydərovun qəbirüstü abidəsi ziyarət olunub, onun keçdiyi döyüş yolundan söz açılıb. O cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın Milli
Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı xəstəxanada ziyarət ediblər. Səhhətində yaranmış problemlərlə əlaqədar
xəstəxanaya yerləşdirilən və hazırda müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilən Səmayə Həşimovanın sağlamlıq vəziyyəti ilə maraqlanıb, ona şəfa diləyiblər.




Facebook'da Paylaş