İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

18-09-2017, 09:58


 Bu gün - sentyabrın 18-də Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təmas qruplarının iclasları keçiriləcək.

Modern.az-ın məlumatına görə, təmas qruplarının iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Həmçinin İƏT-in xarici işlər nazirləri Myanma müsəlmanları və Fələstin qaçqınlarının üzləşdiyi problemləri də müzakirə edəcək.




Facebook'da Paylaş