Bənzər yazılar
Sabahdan - sentyabrın 12-dən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır.
Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.
“Gündəliyə 9 məsələ daxil edilib. İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.
Həmçinin, sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
Payız sessiyasının ilk plenar iclasının isə sentyabrın 30-da keçiriləcəyi gözlənilir.