Laçın Şəhəri Günü: “Böyük Qayıdışın Zəfər Salnaməsi”
Laçın Şəhəri Günü: “Böyük Qayıdışın Zəfər Salnaməsi”10 avqust 2026-cı il tarixində Laçın Şəhəri Günü münasibətilə “Böyük Qayıdışın Zəfər Salnaməsi” adlı tədbir keçirilib.Zirvə Gənclərin İnkişaf Klubu və Əbədi Birlik Gənclərin İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Laçının tarixi, milli-mədəni irsi, işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış prosesinin əhəmiyyətinin gənclər arasında təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbirin açılış nitqi Zirvə Gənclərin İnkişaf Klubunun İdarə Heyətinin sədri Maqsud Əhmədzadə tərəfindən edilib. O, çıxışında Laçının Azərbaycan xalqının yaddaşında xüsusi yeri olduğunu qeyd edərək, Böyük Qayıdış prosesinin yalnız ərazilərin yenidən qurulması deyil, həm də milli irsin, tarixi yaddaşın və gələcəyə olan inamın bərpası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov, Aydın Mirzəzadə və Rövşən Muradov iştirak ediblər. Deputatlar çıxışlarında Laçının tarixi və strateji əhəmiyyətindən, şəhərin işğaldan azad edilməsinin tarixi Zəfərimizdəki rolundan, Böyük Qayıdış çərçivəsində görülən işlərdən və gənclərin bu prosesdə üzərinə düşən vəzifələrdən bəhs ediblər.
Həmçinin Əbədi Birlik Gənclərin İctimai Birliyinin Könüllü rəhbəri Səma Qarayeva ,Zirvə Gənclərin İnkişaf Klubunun İdarə Heyətinin I müavini Səid Əmrahlı, sədrin ümumi işlər üzrə müavini Cavidan Həzizadə, Nəzarət-Təftiş Komissiyasının sədri Kənan Heydərli çıxış edərək Laçının tarixi əhəmiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik ruhunda formalaşması və Böyük Qayıdış prosesində gənclərin rolu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici məzmunu ilə yadda qalıb. Çıxışlar zamanı Laçının keçmişi, bu günü və gələcəyi ilə bağlı fikirlər səsləndirilib, gənclərin tarixi hadisələrə daha dərindən yanaşmasının və milli-mənəvi dəyərlərə bağlılığının əhəmiyyəti diqqətə çatdırılıb.
Facebook'da Paylaş