GUAM XİN başçılarının görüşü keçiriləcək

21-09-2021, 21:15

GUAM XİN başçılarının görüşü keçiriləcək


BMT-nin Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Sentyabrın 22-23-də baş tutacaq görüş Gürcüstanın GUAM-a sədrliyi çərçivəsində təşkil olunacaq.
Gürcüstanın XİN başçısı David Zalkaliani sessiya zamanı bir sıra həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.




Facebook'da Paylaş