Bənzər yazılar
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün dəqiq tarixi hələ müəyyənləşməyib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.
XİN rəsmisinin sözlərinə görə, hələ iki ay öncə elan edilib ki, görüş sentyabrda, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək.
"Yəqin ki, görüş sentyabrın 20-dən sonra baş tutacaq, lakin konkret tarix hələ dəqiqləşdirilir", - deyə Balayan vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın XİN rəhbəri E. Məmmədyarov açıqlama verərək erməni həmkarı Edvard Nalbandyanla görüşünün dəqiqləşdiyini, ancaq vaxtın hələ bilinmədiyini deyib.