BMT-nin baş katibi: “Əliyev-Sarkisyan görüşü vacibdir”

27-09-2017, 13:26


BMT-nin baş katibi Antoniu Quttereş sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyanın Nyu-Yorkda keçirdikləri görüşü alqışlayır.


AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu BMT-in baş katibinin sözçüsü Stefan Dyujarrik bildirib.

“Antoniu Quttereş Nyu-Yorkda baş tutan görüşü alqışlayır. O, gərginliyin azaldılması və danışıqlar prosesinin bərpasına yönələn səyləri dəstəkləyir. BMT-in baş katibi Azərbaycanvə Ermənistan prezidentlərinin planlaşdırılan görüşünün tərəflər arasında etimadın artmasına və əsas məsələlərlə bağlı kompromis yollarının tapılmasında siyasi iradənin stimullaşdırılmasına yardım edəcəyinə ümid edir”, - deyə Stefan Dyujarrik vurğulayıb. 

Onun sözlərinə görə, Antoniu Quttereş prezidentlərin görüşünü vacib hesab edir.




Facebook'da Paylaş