Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub

Dünən, 21:49

Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub


Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin nəzdində Yaradılmış Şahmat Klubunda iki kitab müəllifi şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub. Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov şairin şərəfinə süfrə açıb, klub üzvlərini, şahmat həvəskarlarını şairin başına yığaraq onu təbrik edib. Yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd olunub ki, Vidadi müəllim 23 dekabr 1952-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1979-cu ildə Naxçıvan DPİ-nun dil-ədəbiyyat ixtisasını bitirib."Hələ bu dünyaya sözüm var mənim" və “Məni oxumağa vaxt tapılarmı?” kitablarının müəllifidir.

Şahbaz həkim, Teyyub müəllim, klubumuzun ən gənc oyunçusu Rəsul Dünyamalıyev Vidadi Loğmanoğlunu təbrik edərək ona ən xoş arzularını bildiriblər.
Qısa müddətdə hamının sevimlisinə çevrilən Vidadi Loğmanoğlu ona göstərilən diqqət və ehtiramdan mütəəsir olduğunu və hər kəsə minnətdarlığını bildirib.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Elman Rüstəmova bu nəcib təşəbbüsünə görə təşəkkür edib. Sonda xatirə şəkli çəkdirilib.


Hərbi Jurnalistlər birliyinin mətbuat xidməti




Facebook'da Paylaş