Aİ-nin XİN rəhbərləri Şərq Tərəfdaşlığı sammitinə hazırlığı müzakirə edəcəklər

18-10-2021, 08:46

 Aİ-nin XİN rəhbərləri Şərq Tərəfdaşlığı sammitinə hazırlığı müzakirə edəcəklər

Bu gün Lüksemburqda Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində planlaşdırılan iclası keçiriləcək.

Ordum.az xəbər verir ki, nazirlər, xüsusilə, dekabrın 15 -də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıqları müzakirə edəcəklər.

Proqram tarixində ilk dəfə olaraq Belarus nümayəndələri bu görüşə dəvət edilməyəcək, üstəlik, sammitə bir neçə həftə qalmış Aİ ölkələri bu ölkəyə qarşı daha bir sanksiya tətbiq etmək niyyətindədir.

İclasda həmçinin, qarşılıqlı ticarətin inkişafı, Avropaya enerji tədarükünün genişləndirilməsi, iqlim problemi və Avropa İttifaqı ilə Körfəz ölkələri arasındakı əlaqələr müzakirə olunacaq. Əfqanıstan, Efiopiya və Nikaraquadakı humanitar vəziyyət də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Aİ 2009-cu ildən “Şərq Tərəfdaşlığı” proqramını həyata keçirir. Proqramın əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir




Facebook'da Paylaş