Türkiyənin yerli 76/62 mm çaplı dəniz topunun ilk sınaq atışı həyata keçirilib - VİD

11-11-2021, 18:39

Türkiyənin yerli 76/62 mm çaplı dəniz topunun ilk sınaq atışı həyata keçirilib - VİD

Türkiyənin MKE şirkəti tərəfindən hazırlanan və hələ inkişaf mərhələsində olan 76/62 mm dəniz topunun quruda ilk atış sınağı həyata keçirilib.

Ordum.az
xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İlk dəfə IDEF-21 sərgisində nümayiş etdirilən topun qısa müddətdə atış fəaliyyətlərinə başlanılması planlaşdırılırdı.

Sursat təchizatı sistemi ilə avtomatik doldurularaq gəminin içindən idarə oluna bilən topun hündürlük əmsalı rəqəmsal idarəetmə ekranları sayəsində hər an izlənilə bilər. 16 kilometr təsirli atış məsafəsinə malik olan top 5 fərqli atış rejimi ilə dəqiqədə 10, 20, 40, 60 və 80 atəş açmaq qabiliyyətinə malikdir.

Şirkət rəsmisi bildirib ki, Türkiyə 76/62 mm-lik dəniz silahını xarici ölkədən 8,2 milyon avroya tədarük edib, lakin son vaxtlar embarqo səbəbindən tədarük problemi ilə üzləşib. Yerli topun istehsalı layihəsinin 4.7 milyon dollara başa gələcəyi qeyd olunur.

76/62 mm dəniz topunun xüsusiyyətləri:

• Mənzil: 16 km
• Lülənin diametri - 76mm, uzunluğu - 4.700 mm
• Sursatsız çəki: 7.500 kq
• Sursatla birlikdə çəki: 8.500 kq
• Tutum: 70 döyüş sursatı, fırlanan arsenal

Qeyd edək ki, 76 mm-lik dəniz silahının MİLGEM kimi platformalarda istifadə edilməsi hədəflənir.




Facebook'da Paylaş