Silahlı pilotsuz dəniz vasitəsi- ULAQ SİDA
Silahlı pilotsuz dəniz vasitəsinin ilk versiyası ULAQ SİDA adlandırılıb.Türkiyədə keçirilən IDEX-2021 sərgisi ilk dəfə təqdim edilən yerli məhsullarla yadda qaldı. Onlardan biri də Müdafiə sənayesində milli sərmayə ilə fəaliyyət göstərən və mərkəzi Antalyada yerləşən ARES tersanesi və Ankaradakı "Meteksan Defence" şirkətlərinin birgə hazırladığı ULAQ SİDA oldu. ULAQ qədim türk mədəniyyətində dövləti hər sahədə təmsil edən və üstün xüsusiyyətləri ilə fərqlənən rəsmi elçilərə verilən addır. ULAQ silahlı dəniz vasitələri də bu mənada zəkası və imkanları ilə xarici analoqlarından daha öndə yer alır.
ULAQ pilotsuz dəniz vasitəsi şirkətlərini bu sahədə bir neçə ildir davam edən araşdırma və inkişaf işləri nəticəsində ərsəyə gəlib. Türkiyənin ilk pilotsuz dəniz döyüş vasitəsi titulunu daşıyan ULAQ prototipinin istehsalı keçən ilin dekabr ayında tamamlanıb. Silahlı pilotsuz dəniz vasitəsinin ilk versiyası ULAQ SİDA (Silahlı İnsansız Deniz Aracı) adlandırılıb.
Onun fəaliyyət radiusu 400 kilometr, sürəti isə saatda 65 kilometrdir. ULAQ aşağıdakı texniki ustünlüklərə malikdir:
gündüz və gecə fəaliyyət qabiliyyətinə;
milli şifrəli rabitə infrastrukturuna;
qabaqcıl kompozit materiallardan istehsal olunan korpusa;yerüstü mobil nəqliyyat vasitələrindən, komanda qərargah mərkəzindən, təyyarə daşıyıcılarından və freqatlar kimi üzən platformalardan kəşfiyyat, müşahidə, suüstü mübarizə, asimmetrik döyüş, strateji obyektlərin təhlükəsizliyi, silahlı müşayiət və karvanların mühafizəsi kimi vəzifələrin icrasında istifadə edilməsi qabiliyyətinə.
Dizayn işləri 2020-ci ilin avqust ayında başa çatıb. İstehsalı tamamlanan prototipin 2020 -ci ilin dekabrından sonra dəniz sınaqlarına başlandı. istifadəyə verilməsi planlaşdırılır. İlk ULAQ SİDA-nın atəş sınaqları 2021-ci ilin ilk rübündə milli raket sistemləri istehsalçısı ROKETSAN tərəfindən təqdim edilən 4 ədəd "Cirit" və 2 ədəd L-UMTAS raketləri ilə "Deniz Kurdu-2021" təlimləri çərçivəsində uğurla həyata keçirildi.
Facebook'da Paylaş