Hərbi Dəniz Qüvvələrimiz danışıqlar aparır

28-01-2021, 18:53

Hərbi Dəniz Qüvvələrimiz danışıqlar aparır


Türkiyə və Azərbaycanın Hərbi Dəniz Qüvvələri danışıqlar aparır.


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Səfər zamanı nümayəndə heyəti Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.




Facebook'da Paylaş