Türkiyə Ukraynanın zirehli maşınlarını silah sistemləri ilə təchiz edəcək
Türkiyənin ASELSAN şirkəti Ukraynanın “Praktika” şirkəti tərəfindən hazırlanmış “Kazak-2M1” zirehli maşınları üçün “Sarp Dual” və “Sarp Zafer” uzaqdan idarə olunan stabilləşdirilmiş silah sistemləri tədarük edəcək.
Orduь.az xəbər verir ki, bu barədə “Praktika” şirkəti açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, bu, Ukraynanın hərbi texnikası üçün tamamilə yeni bir həlldir və döyüş tapşırıqlarının keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.
“Sarp Zafer” uzaqdan idarə edilən stabilləşdirilmiş silah sistemi döyüş meydanındakı ehtiyaclara cavab vermək və kritik obyektləri qorumaq üçün dəqiq kəşfiyyat qabiliyyəti ilə effektiv atəş gücünü birləşdirir. Sistem taktiki quru nəqliyyat vasitələrində hava və quru təhlükələrinə qarşı, eləcə də stasionar obyektlərdə asimmetrik təhlükələrə qarşı istifadə edilə bilər.
“Sarp Dual” uzaqdan idarə edilən stabilləşdirilmiş silah sistemi əsas silah olaraq 7,62 mm pulemyot, 12,7 mm zenit silahı və ya 40 mm qumbaraatan və köməkçi silah olaraq 7,62 mm pulemyotla təchiz oluna bilən silah sistemidir. Qabaqcıl uzaqdan idarəetmə və nəzarəti təmin edən “Sarp” sistemi atıcı heyətin məlumatlılığını və onların təhlükəsizliyini maksimum dərəcədə artırır. Təkərli/tırtıllı zirehli maşınlara və stasionar platformalara inteqrasiya oluna bilən və uzaqdan idarə edilməsi sayəsində personalın təhlükəsizliyini təmin edən effektiv və çoxyönlü sistemdir.
Facebook'da Paylaş