“FN Herstal”və “Thales”in birgə istehsalı olan yeni döyüş modulu təqdim edilib

22-09-2021, 17:34

“FN Herstal”və “Thales”in birgə istehsalı olan yeni döyüş modulu təqdim edilib

İngiltərənin paytaxtı Londonda keçirilən DSEI-2021 Beynəlxalq Müdafiə Sərgisində Belçikanın “FN Herstal”və Fransanın “Thales” şirkətləri birlikdə hazırladıqları döyüş modulunu təqdim edib.

Ordum.az
xəbər verir ki, bu barədə “Army recognition” nəşri yazıb.

Döyüş modulu 70 mm idarə olunan raketləri, 12.7 mm pulemyotları ilə təchiz edilib. Uzaqdan idarə olunan modul statik və mobil yerüstü hədəflərə qarşı istifadə edilə bilər.

12.7 mm-lik pulemyot 2 km-ə qədər məsafədə hədəfləri məhv etmək, 70 mm-lik raketlər isə 6 km-ə qədər yerüstü hədəflərə qarşı istifadə edilə bilər.

Döyüş modulunun standart versiyası sağ tərəfdə quraşdırılmış gecə-gündüz döyüş əməliyyatları üçün istifadə edilə bilən İK termal kamera ilə təchiz edilib. Sol tərəfdə 200 ədəd tutumlu sursat qutusu quraşdırılıb.




Facebook'da Paylaş