Düşmənin xeyli döyüş texnikası MƏHV EDİLDİ

17-10-2020, 10:21

Düşmənin xeyli döyüş texnikası MƏHV EDİLDİ
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə, düşmənin xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib.
Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur. Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.




Facebook'da Paylaş