KİV: Türkiyə Mərakeşə “Bayraktar TB2” PUA-ları tədarük edib

22-09-2021, 13:11

KİV: Türkiyə Mərakeşə “Bayraktar TB2” PUA-ları tədarük edib

Türkiyə Mərakeşə “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) tədarük edib.

Ordum.az xəbər verir ki, bu barədə “Defense world” hərbi xəbər agentliyi yerli mənbələrə istinadən yazıb.

Məlumata görə, Mərakeş Silahlı Qüvvələri aprel ayında Türkiyədən 13 ədəd “Bayraktar TB2” alınması üçün müqavilə imzalayıb. Müqavilənin 70 milyon dollar olduğu bildirilir.

Müqaviləyə PUA-lardan başqa 4 ədəd yerüstü idarəetmə stansiyası, PUA-ya konfiqurasiya edilə bilən simulyasiya sistemi, məlumatların izlənməsi və saxlanması üçün rəqəmsal sistemlər daxildir. Mərakeş aviabazalarının birində PUA-ların idarə edilməsi mərkəzi yaradılacaq.




Facebook'da Paylaş