Türkiyənin yeni lazerlə idarə olunan mini sursatları dəqiq zərbə endirib

4-10-2021, 12:09

Türkiyənin yeni lazerlə idarə olunan mini sursatları dəqiq zərbə endirib

Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan “Mete” adlı lazerlə idarə olunan mini sursatları sınaqdan keçirilib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Sınaq zamanı sursat hədəfinə dəqiq zərbə endirməyi bacarıb. Sursatın qumbaraatandan da atəşə tutulması planlaşdırılır.

Sursatların PUA və insansız quru platformalarında istifadə edilməsi nəzərdə tutulub.

“Mete” təxminən 1 kiloqram ağırlığında bir çox platformada istifadə edilə bilər. Yarımaktiv lazer axtaran başlığa və təxminən 1 metr dairəvi sapma ehtimalına malikdir. 1000+ metrə qədər hədəflərini vura bilir




Facebook'da Paylaş