İsrail “Carmel” döyüş maşınının inkişafını davam etdirəcək
İsrailin “Israel Aerospace Industries” (IAI) konserni İsrail Müdafiə Ordusu (İDF) üçün “Carmel” döyüş maşınının inkişafını davam etdirəcək.
Ordum.az xəbər verir ki, “Carmel” layihəsi üzərində “Elbit Systems” şirkəti, IAI konserni və “Rafael” şirkəti olmaqla İsrailin üç müdafiə sənayesi müəssisəsi işləyir.
İsrail Müdafiə Nazirliyi çalışır ki, “Carmel” döyüş maşını tapşırığın tələblərindən asılı olaraq konfiqurasiyasını dəyişdirə və müasir döyüşün yeni çağırışlarına uyğun olaraq inkişaf edə bilsin.
Tələblərə uyğun olaraq döyüş maşını yüksək dərəcədə avtonomluq və avtomatlaşdırma dərəcəsinə malik olmalı və iki heyət üzvü tərəfindən idarə olunmasını təmin edəcək süni intellektlə təchiz edilməlidir.
Döyüş maşınının avtonom imkanları, platformanın müxtəlif komponentlərini birləşdirən və təsirli qərarlar qəbul etmək üçün operatorun kritik təhdidləri emal etməsinə və diqqətini cəmləməsinə kömək edən mərkəzi sistem tərəfindən idarə olunur.
“Carmel” kompakt, manevr edilə bilən, səmərəli, dayanıqlı, yaşama qabiliyyətli, təmirə yararlı və qiymətdə əlçatan döyüş maşını olaraq inkişaf etdirilir. Bütün bunlar İsrail Müdafiə Nazirliyinin döyüş fəaliyyətlərində maksimum avtonomluq imkanı üzərində qurulmuş yeni konsepsiyasına uyğundur
Facebook'da Paylaş