İsrail Çexiyaya HHM sistemlərinin satılmasına razılıq verib

6-10-2021, 16:14

İsrail Çexiyaya HHM sistemlərinin satılmasına razılıq verib

İsrail Çexiya ordusuna “Spyder” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin satılmasına razılıq verib.

Ordum.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, müqavilənin ümumi dəyəri 520 milyon dollardır. Bu çərçivədə Çexiyaya 4 “Spyder” batereyası tədarük ediləcək.

İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Eşel bildirib ki, İsrail ilk dəfə olaraq NATO ölkələrinə HHM sistemi təqdim edəcək.

Çexiya Müdafiə naziri Lubomir Metnar bildirib ki, müqavilə HHM sahəsində silahlı qüvvələri 21-ci əsrə doğru aparacaq.

Nazirlik Çexiya müdafiə sənayesinin də razılaşmanın yerinə yetirilməsində iştirak edəcəyini bildirib.

Şəhərləri, nüvə elektrik stansiyalarını və digər potensial hədəfləri qorumaq üçün istifadə olunan sistemin 2026-cı ilə qədər tədarük ediləcəyi bildirilir. Döyüş təyyarələri, helikopterlər, bombardmançılar, qanadlı raketlər, PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulan sistemlərin müxtəlif mənzilli növləri var.

“Rafael” şirkəti tərəfindən istehsal edilən “Spyder” ailəsi avtonom qabiliyyətlərə malikdir. Sistem hərəkətdə olarkən təhdidləri aşkarlayır və dərhal sonra atəş həyata keçirilir.




Facebook'da Paylaş