İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib

12-05-2021, 10:18

İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib


İsrail ordusu “Həmas” qruplaşmasının əsas kəşfiyyat rəsmilərini məhv etdiyini bildirib.

"Qırıcılarımızın hücumu nəticəsində “Həmas” hərbi kəşfiyyatının Təhlükəsizlik şöbəsinin rəhbəri Hasan Kaoji və onun müavini, əks kəşfiyyatın rəhbəri Vali İssu məhv edilib", -deyə İsrail ordusunun yaydığı xəbərdə qeyd olunub.
"Ria Novosti" xəbər verir ki, İsrail ordusu son saatlarda Qəzza zolağında bir çox hədəfi vurub və zərbələr davam edir.
"Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuların və silahlıların bir sıra mühüm hədəflərinə zərbə endirdi. Zərbələr hazırda davam edir", - ordunun mətbuat xidməti bildirib.
Bundan əvvəl “Həmas” hərəkatının silahlı qanadı olan “Əl-Qəssam Briqadası”nın İsrail hava qüvvələrinin Qəzza zolağındakı evlərə endirdiyi zərbələrə cavab olaraq İsrailin cənubundakı Birşeba şəhərinə 100 raket atdığı məlum olmuşdu.
Son məlumatlara görə,İsrail və Qəzza zolağı arasında qarşılıqlı zərbələr nəticəsində ümumilikdə 38 nəfər ölüb.Onlardan 35 nəfər fələstinli, 3 nəfər isə israillidir




Facebook'da Paylaş