“İrana hərbi müdaxilə etməsək...”

4-02-2021, 05:46

“İrana hərbi müdaxilə etməsək...”


İsrailin infrastruktur naziri Tsaxi Haneqbi İranın nüvə proqramının təhlükəli bir həddə çatdığını deyib.
Teleqraf.com xəbər verir ki, nazir İranın təhlükəli addımlarına qarşı adekvat cavabın veriləcəyini bildirib.
Haneqbi İranın son günlərdə Natanz və Fordo nüvə müəssisələrində inkişaf etmiş yeni sentrifuqalar işə saldığını bildirib.
Onun sözlərinə görə, İsrailin İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bu ölkəyə hərbi müdaxilə etməkdən başqa yolu qalmayıb: “İsrail üçün aydındır ki, ABŞ heç vaxt İran İslam Respublikasına qarşı hücuma keçməyəcək. Elə buna görə də hesab edirəm ki, biz artıq özümüz təkbaşına hərəkətə keçməliyik”.
Tsaxi Haneqbi qeyd edib ki, İsrail artıq İranın nüvə silahına yiyələnməsi ilə barışıb-barışmayacağı ilə bağlı qərar verməlidir: “Hesab edirəm ki, İsrailin bu təhlükəni aradan qaldırmaq üçün təkbaşına hərəkətə keçməkdən başqa çıxış yolu olmayacaq. Ümid edirəm ki, İsrail rəhbərliyi nüvə silahına sahib olan bir İranı qəbul etməyəcək”.




Facebook'da Paylaş