İranın Azərbaycandakı səfiri Naxçıvana gedib

4-12-2020, 20:10

İranın Azərbaycandakı səfiri Naxçıvana gedib


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 4-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb
.

Ali Məclisin sədri Azərbaycan-İran əlaqələrindən, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıqdan bəhs edib, ikitərəfli münasibətlərin perspektivlərini diqqətə çatdırıb.
Seyid Abbas Musəvi Ali Məclisin sədri ilə görüşdən və Naxçıvana səfərindən böyük məmnunluq duyduğunu bildirib. Azərbaycan Respublikasının şanlı qələbəsi münasibətilə Ali Məclisin sədrinə təbriklərini çatdıran səfir İranın Azərbaycana dəstək verdiyini və xalqımızın sevincinə şərik olduğunu vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni də görüşdə qatılıb.




Facebook'da Paylaş