Azərbaycan-Türkiyə təlimlərindən qorxan Ermənistan İrandan imdad dilədi
Ermənistanın müdafiə naziri David Tonoyan İran İslam Respublikasının bu ölkədəki səfiri Abbas Badaxşan Zohuri ilə görüşüb.
Ordum.az Turkustan.infoya istinadla xəbər verir ki, görüşdə İranın İrəvandakı hərbi ataşşesi polkovnik Mehdi Heyat Vejdan da iştirak edib.
Görüşdə son zamanlar Azərbaycanla Ermənistan sərhədində başı verən hərbi əməliyyatlar müzakirə edilib.
Bildirilir ki, Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri də diqqət mərkəzində olub. Erməni tərəfi İran səfirinə bildirib ki, bu kimi təlimlər regional təhlükəizliyə, bölgədə sabitliyin perspektivinə təhlükə yaradır.
Qeyd edək ki, Ermənistan müdafiə naziri dünən Fransa səfiri ilə də eyni mövzuda görüş keçirib.
Redaksiyadan: Guya ki, regionda, sabitlik varmış.30 ildir başımıza od yağdıranlar utanmaz-utanmaz sabitlikdən danışırlar.