İran ölkədən çıxan xarici şirkətləri hədələdi

17-02-2020, 12:11



ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqolara görə, bir çox böyük şirkət İrananı tərk edib.
İranın xarici işlər nazirinin köməkçisi Abbas Ərakçı bununla bağlı verdiyi açıqlamada xarici şirkətləri tənqid edərək hədələyib.
Əraqçı İranın dövlət televiziyasına verdiyi açıqlamada “İran xalqını bu çətin dönəmlərdə yalnız buraxanları unutmayacağıq. Bu gün İranı tərk edən şirkətlər gələcəkdə İranın iqtisadi sahəsində yer almayacaq” deyib.
Xatırladaq ki, ötən günlərdə Cənubi Koreyanın "LG" və "Samsung" şirkətləri İrandan çəkilərək bu ölkə ilə bütün əlaqələrini kəsiblər.




Facebook'da Paylaş