Sepah ABŞ-ın MQ-4 PUA-sının kod və ferekanslarını ələ keçirdiyini bildirib

8-02-2020, 13:31

Sepah ABŞ-ın MQ-4 PUA-sının kod və ferekanslarını ələ keçirdiyini bildirib


İranın İslam İnqilabının Keşikçilər Ordusu ABŞ-ın MQ-4 pilotsuz təyyarəsinin kod və ferekanslarının öyrənildiyini bildirib.
Tasnim xəbər verir ki, bunu Sepah-ın Hava Qüvvələrinin komandanı Sərdar Hacızadə ötən il vurulan ABŞ PUA-sının qalıqlarının nümayişi zamanı deyib. O bildirib ki, iranlı mütəxəssislər yüksək texnologiyalara malik olan pilotsuz təyyarənin kod və ferekanslarını ələ keçiriblər.
İranlı general eyni zamanda bildirib ki, ötən ay ABŞ-ın İraqdakı bazasının hədəfə alınması ilə bağlı yeni detallar ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Sepah ötən aykı hücumda da bölgədə uçan ABŞ pilotsuz təyyarələrinin rabitə sisteminə müdaxilə etdiyini bildirmişdi.
Xatırladaq ki, İran ötən ilin iyununda ABŞ-a məxsus dünyanın ən böyük "MQ-4C" tipli pilotsuz kəşfiyyat təyyarəsini ölkənin cənub sularında vuraraq salmışdı./SalamNews/





Facebook'da Paylaş