Azərbaycan Gürcüstana 224,2 mln. dollar investisiya qoyub

8-09-2017, 14:55

 

Azərbaycan bu ilin birinci yarısında Gürcüstana 224,2 mln. dollar investisiya qoyub.


 Ordum.az "Report"-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% azdır. 

Ümumilikdə Gürcüstan iqtisadiyyatına birbaşa xarici invesitisiyaların 36,6%-i Azərbaycanın payına düşür. İnvestisiyalar əsasən nəqliyyat və rabitə, energetika, tikinti sektoruna qoyulub. 

İlk üçlükdə Azərbaycandan sonra Niderland (12,4%) və Türkiyə (11,3%) sıralanıb.




Facebook'da Paylaş