Zakir Həsənovun İsrailə rəsmi səfəri başlayıb

11-09-2017, 09:16




 Ordum.az xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.




Facebook'da Paylaş