Xalq şairi Vahid Əzizin 80 illik yubileyi ilə əlaqədar videoçarx hazırlandı - VİDEO

Bu gün, 17:02


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Respublikasının Xalq şairi, “Şərəf” ordenli, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Vahid Əzizin 80 illik yubileyi ilə əlaqədar videoçarx hazırladı.

Videoçarxda şairin həyat və yaradıcılığının əsas məqamları, yüksək dövlət təltifləri, Ulu Öndər Heydər Əliyevlə, Şuşadakı Vaqif Poeziya Günləri ilə bağlı xatirələri verilib. Videoçarx nəğməkar şairin sözlərinə yazılan mahnıları ilə müşayət olunur.

Videoçarx oxucu, izləyici və poeziyasevərlərə aşağıdakı video-da təqdim olunur:
https://www.youtube.com/watch?v=jWavcdBr43I&embeds_referring_euri=https%3A%2F%2Finnews.az%2F&source_ve_path=MjM4NTE




Facebook'da Paylaş