Azərbaycanın Müdafiə naziri “MSPO - 2017” sərgisində iştirak edir

6-09-2017, 15:22




 Ordum.az xəbər verir ki, Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.




Facebook'da Paylaş