Türkiyənin buludaltı PUA-sının ilk sahə sınaqları keçirilib

4-10-2021, 15:21

Türkiyənin buludaltı PUA-sının ilk sahə sınaqları keçirilib

Türkiyənin HAVELSAN şirkəti tərəfindən hazırlanan “Baha” adlı bulud altında işləyən Pilotsuz Uçuş Aparatı (PUA) ilk sahə sınaqlarını həyata keçirib.

Ordum.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şaquli enmə və qalxma qabiliyyətinə malik PUA-nın inkişafı təhlükəsizlik qüvvələri ilə koordinasiyalı həyata keçirilir.

“Baha”nın sınaqlarının uğurla başa çatdığı bildirilir. Yerli avionika ilə yerüstü idarəetmə mərkəzindən 10 kilometr məsafədən idarə olunan PUA 7500 fut yüksəklikdə uçub.

Avtonom eniş və qalxma həyata keçirən “Baha” sınaqlar çərçivəsində görüntüləri görüntü kəşfiyyatı (IMINT) üçün yerüstü nəzarət stansiyasına ötürüb və radioelektron mübarizə vasitələrinə müqavimət göstərib.

PUA 30 kiloqram ağırlığındadır və 5 kiloqram yük daşıma qabiliyyətinə malikdir.




Facebook'da Paylaş