Liviya- Misir 7 illik fasiləyə son

30-09-2021, 21:40

Liviya- Misir 7 illik fasiləyə son


Liviyanın paytaxtı Tripoli ilə Misirin paytaxtı Qahirə arasındakı uçuşlar yeddi il sonra bərpa edilib.
Ordum.az "Anadolu" agentliyinə istinad edərək xəbər verir ki, Liviya dövlətinə məxsus “Afriqiyah Airways” şirkətinin təyyarəsi yeddi il sonra Qahirəyə doğru yola çıxıb. Mülki uçuşların iki ayrı şirkətlə həyata keçiriləcəyi bildirilir.
Xatırladaq ki, Liviyada 2014-cü ildən etibarən vətəndaş müharibəsi başalayıb və beynəlxalq uçuşlar tamamilə ləğv edilib.




Facebook'da Paylaş