Türkiyə XİN Bəyanatı

6-05-2021, 21:01

Türkiyə XİN Bəyanatı

Misir tərəfi ilə keçirilən rəsmi görüşlərdə Suriya, Liviya və İraqdakı vəziyyət müzakirə edildi.
“Danışıqlar səmimi atmosferdə və əhatəli şəkildə baş tutdu. Görüş zamanı ikitərəfli məsələlərlə yanaşı, Suriya, İraq və Liviyadakı son vəziyyət müzakirə edilib, Şərqi Aralıqda sülh və təhlükəsizliyin təminatının vacibliyi diqqətə çatdırılıb”, - deyə XİN-nin məlumatında bildirilib.
Qeyd edək ki, bu, 8 ildən sonra Misir və Türkiyə tərəfləri arasında baş tutan ilk rəsmi görüşdür.




Facebook'da Paylaş