Moskvada Türkiyə əleyhinə anlaşma

1-09-2020, 10:14


PKK terror təşkilatının Suriya qanadı - PYD/YPG-nin liderlərindən biri İlham Əhmədin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya gedib.

Demokrat.az xəbər verir ki, İlham Əhmədlə Xalqın İradəsi Partiyasının sədri Qədri Cəmil paytaxt Moskvada anlaşma imzalayıb.
Razılaşma haqda açıqlama verən Qədri Cəmil bunun Suriya məsələsinin həlli ilə bağlı olduğunu söyləyib: “Bu, Suriya məsələsinin həlli üçün yeni bir addımdır”.
PYD-nin nümayəndə heyəti anlaşmanı imzaladıqdan sonra Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Suriya böhranının həlli və bu yöndə Cenevrədə aparılan danışıqlar müzakirə edilib.
Türk mediası Moskvadakı bu müzakirələrin Türkiyə əleyhinə həmlə kimi qəbul edildiyini yazıb.




Facebook'da Paylaş