Putinlə Ərdoğan arasında yeni zəngləşmə

17-08-2020, 22:08

Putinlə Ərdoğan arasında yeni telefon görüşməsi olub

Bu gün Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. xatırladaqnki, sonuncu dəfə prezidentlər iyulun 27-də telefonla danışmışdılar.
Həmin söhbətdə əsas mövzu Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər olmuşdu. Bu dəfə bizdən danışmadılar, çünki bölgəmizdə yenə nisbi sakitlikdir. Bu dəfə əsas mövzu Liviya böhranı olub. Kreml Ankaradan Liviyada barışıq istəyir.
Politoloq Elxan Şahinoğlunun fikrincə Türkiyə Liviyada istədiyinin böyük hissəsini əldə edib:
“Liviyanın mərkəzi hakimiyyətini qiyamçı general Haftarın hücumlarından qorudu, geriyə atdı və paytaxt Tripolinin təhlükəsizliyini təmin etdi. Əlbəttə, Türkiyə Liviyanın tamamını qiyamçılardan azad etmək istəyərdi. Ancaq indiki şərtlər altında bunun reallaşması çətindir, Misir sərhəddinə yaxın Liviyanın Sirt şəhərinin mərkəzi hakimiyyətin nəzarəti altına keçməsinə mane olmağa hazırdır. Münasibətlərin gərgin olmasına baxmayaraq, Türkiyə-Misir qarşıdurmasını hər iki tərəf də istəmir. Ona görə də Liviyada atəşkəs Ankaranın və Moskvanın maraqlarına cavab verir. Ankara üçün o da vacibdir ki, Kreml Aralıq dənizi hövzəsində yaranan gərginlik fonunda anti-Türkiyə – Fransa ilə Yunanıstan blokunda yer almayıb” – deyə politoloq bildirir.




Facebook'da Paylaş