Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Məlumata görə, İran İnqilabı Keşikçiləri (SEPAH) qiyamçı Haftar döyüşçülərinin sıralarında vuruşmaq üçün bəzi İran dəstəkli terror qruplarına Əl-Bukemalda təlim keçməyə başlayıb. 3 ay davam edəcək. 150 İran dəstəkli milisin düşərgəyə aparıldığı müəyyənləşib.
İran və onun dəstəklədiyi terror qrupları Suriyanın şərqində və paytaxt Dəməşqdə fəaliyyət göstərir.
Xatırladaq ki, Rəsmi Ankaranın hərbi dəstəyi nəticəsində Liviya ordusu ölkənin böyük bir qismini qiyamçı Haftarın muzdlularından təmizləyib. Qiyamçı general Haftara isə Birləşmiş Ərəb Əmirlikləri, Misir, Rusiya və Fransa hərbi dəstək verir.