230-dan çox xarici vətəndaş Kabili tərk etdi

19-09-2021, 20:47

230-dan çox xarici vətəndaş Kabili tərk etdi

230-dan çox xarici vətəndaş Kabili tərk etdi
Qətərə məxsus “Qatar Airways” şirkətinin həyata keçirdiyi çarter reysi vasitəsi ilə ABŞ və Avropa vətəndaşı olan 236 nəfər Əfqanıstandan təxliyyə edilib.
Bu barədə Qətər Xaici İşlər Nazirliyi məlumat yayıb.
Təyyarədə Almaniya, Belçika, İrlandiya, Kanada, Fransa, İtaliya, İngiltərə, Finlandiya və Hollandiya vətəndaşları olub.
Sərnişinlər Qətərin paytaxtı Dohada yerləşdirildikdən sonra öz ölkələrinə gedəcəklər.
Qətər Qərblə “Taliban” hərəkatı arasında vasitəçilik edir. Körfəz dövləti ABŞ-ın yaxın müttəfiqidir, Yaxın Şərqdəki ən böyük Amerika hərbi bazasına ev sahibliyi edir. 2013-cü ildən etibarən Qətərdə “Taliban” hərəkatının siyasi ofisi fəaliyyət göstərir.




Facebook'da Paylaş