Ermənistandan kütləvi köç

16-04-2021, 13:39

Ermənistandan kütləvi köç

Ermənistandan kütləvi köç: bir ayda 74 min 197 nəfər ölkəni tərk edib
Ermənistan vətəndaşları ölkəni kütləvi şəkildə tərk etməkdədirlər. Bu barədə düşmən ölkənin “Aysor” portalı xəbər yayıb.
Bildirilir ki, yayımlanan statistik məlumatlara görə, təkcə bu ilin mart ayında 74 min 197 nəfər Zvartnots və Şirak hava limanlarından yola düşüb. Elə mart ayında 42 min 283 vətəndaş Ermənistana qayıdıb.
“Demək ki, mart ayında gedib-gələnlər arasındakı fərq 31 min 914 nəfərdir. Sual yaranır: belə bir tempdə Ermənistanın gələcəyindən kim faydalanacaq”, – deyə portal yazır.
Qeyd edək ki, Ermənistandan əvvəllər də köç edənlər çox idi. Amma İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan əhalisi ölkəni kütləvi surətdə tərk etməyə başlayıblar.




Facebook'da Paylaş