Ermənistan ordusunun itkiləri açıqlanıb

12-10-2017, 12:57




Ermənistan Silahlı Qüvvələrinin 2017-ci ilin 10 ayında verdiyi itkilərin sayı açıqlanıb.
 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dövr ərzində düşmən ordusu 45 hərbi qulluqçusunu itirib. Onlardan 22-sinin döyüş, 23-nün isə qeyri-döyüş itkiləri olduğu bildirilir.
 
Qeyd olunan müddətdə, 39 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.


Siyahıya oktyabrın 11-də Azərbaycan-Ermənistan sərhədində öldürülən Çaplin Marqaryan daxil edilməyib.




Facebook'da Paylaş