Təmas xəttində keçirilmiş monitorinqin nəticələri

12-09-2017, 12:57



Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsinin Ofisi tərəfindən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin qarşıdurma xəttində və dövlət sərhədində monitorinqlərin keçirilməsini təmin edir.


 Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.




Facebook'da Paylaş