ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq tez-tez Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilir. Monitorinq əsasən Qazax, Tovuz kimi ərazilərdə həyata keçirilir. Bir neçə dəfə Gədəbəydə də montorinq keçirilib.
Amma ATƏT Naxçıvanda monitorinq keçirmir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında ATƏT-in Naxçıvanda monitorinq keçirməməsinin səbəbini belə izah edib.
“Naxçıvan Muxtar Respublikasının istiqaməti tamam fərqli rejimlə tənzimlənir. Monitorinqin mandatına aid olan ərazi deyil. Konkret olaraq, ATƏT-in mandatına uyğun ərazilər var və həmin ərazilərdə monitorinq keçirilir. Mandat məsələsi ATƏT çərçivəsində müəyyən olunur. Naxçıvan istiqamətində monitorinqin keçirilməsinə isə zərurət yoxdur”.