Bənzər yazılar
Ermənistan Müdafiə Nazirliyi “Saturn-Akia” şirkəti tərəfindən məhkəməyə verilib.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb. Qeyd olunub ki, buna səbəb nazirliyin şirkətə olan borcudur. Belə ki, aprel döyüşlərindən sonra Müdafiə nazirliyi “Saturn-Akia” şirkətindən 3 milyon darm məbləğində silah alıb.
Hazırda nazirlik şirkətə olan borcunu ödəməkdən boyun qaçırır. Bununla bağlı “Saturn-Akia” şirkəti 28 sentyabr tarixində məhkəməyə müraciət edib.
Qetyd edək ki, Ermənistan Müdafiə Nazirliyi dörd günlük müharibədən sonra şirkətlərdən ümumilikdə 50 milyon 706 min dram məbləğində 18 ədəd partlayış gücünü qüvvətləndirən cihaz alıb. Lakin aldığı silahların pulunu hələ də qaytarmayıb.