Azərbaycana kütləvi qırğın silahlarına görə 26.3 milyon dollar ayrılıb

9-10-2017, 09:59



ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi idarəsi (EXBS), Dövlət Gömrük Komitəsinin (DGK) 12 nəfər müstəntiqi, həmçinin beş hakim və beş prokuror üçün kütləvi qırğın silahlarının aşkarlanması və cavab tədbirlərinin görülməsinə dair təlim keçirir.
 

Ordum.az - ın xəbərinə görə, tədbirdə çıxış edən ABŞ səfirliyi missiyasının rəhbərinin müavini Karter Vilbör bildirib ki, EXBS proqramı Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlığa malikdir.
 
"1999-cu ildən indiyə kimi EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb. Azərbaycan kütləvi qırğın silahlarının, qeyri-qanuni ticarətin qarşının alınmasında sadiqliyini sübut etmiş tərəfdaşdır"-deyə o bildirib.
 
Qeyd edək ki, təlim oktyabrın 13-nə qədər davam edəcək. 




Facebook'da Paylaş