"Turan" - a qarşı vergi sanksiyası bərpa edilib

19-09-2017, 11:26


   Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Bu barədə "Turan" agentliyi məlumat yayıb. Bildirilir ki, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub. 

Məktubda deyilir ki, agentliyin 27 min 253 manat borcu və daha 9.294 manat faiz borcu var.




Facebook'da Paylaş