Mehman Əliyev apellyasiya şikayəti verib

7-09-2017, 11:41


 “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.


Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Fuad Ağayev məlumat yayıb.

Vəkil bildirib ki, bu gün Yasamal rayon Məhkəməsinin verdiyi qərardan şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.


Xatırladaq ki, dünən Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Mehman Əliyev girov müqabilində azadlığa buraxılması ilə bağlı ərizə təmin edilməmişdi.


Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.




Facebook'da Paylaş