İran səfiri : “Özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar”

24-09-2021, 19:21

İran səfiri : “Özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar”
ki ol
“Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər isə bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Ordu.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Ancaq mən arxayınlıqla deyirəm ki, yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Dini liderimizin, prezidentin açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan edilib. Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”




Facebook'da Paylaş