Prezidentlər G20-nin Zirvə toplantısında ikitərəfli görüş keçirəcəklər

29-09-2021, 13:44

Prezidentlər G20-nin Zirvə toplantısında ikitərəfli görüş keçirəcəklər

Prezidentlər G20-nin Zirvə toplantısında ikitərəfli görüş keçirəcəklər
Oktyabrın 30-31-də İtaliyanın paytaxtı Romada keçiriləcək G20 ölkələrinin dövlət və hökumət rəhbərlərinin Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşdə ikitərəfli münasibətlər, Suriya və Əfqanıstandakı son vəziyyət, eləcə də digər məsələlərin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə və ABŞ liderlərinin ilk görüşü bu il iyunun 14-də Belçikada keçirilən NATO Liderlər Sammitində baş tutub.




Facebook'da Paylaş